
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır.
Gununsesi.info-ya İİTKM-dən verilən xəbərə görə, Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:
– İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, IT və ya hüquq sahələri.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
– Məntiqi və analitik düşünmə qabiliyyəti;
– Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;
– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
– Ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.
Proqrama qoşulmaq istəyənlərdən 20 avqust 2017-ci il tarixinə kimi intern@ereforms.org
Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.
Gülnaz Qənbərli
Gununsesi.info