“İqtisadi müstəqillikdə neftçilərin böyük əməyi var” - İLHAM ƏLİYEV

  • By admin
  • 08 Noyabr 2017 15:18

“Ölkənin kifayət qədər neft və qaz ehtiyatları var. Azərbaycanın maliyyə vəziyyəti bir çox ölkələr üçün nümunədir”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.

O qeyd edib ki, ölkənin valyuta ehtiyatları bu ilin 9 ayında 4,5 milyard dollar artıb. “Davos İqtisadi Forumu tərəfindən iqtisadi uğurlarımız qeyd olunub. Neftdən gələn gəlirlər Neft Fondunda şəffaf saxlanılır, vacib iqtisadi və sosial layihələrə xərclənir. Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqil ölkədir. İqtisadi müstəqillikdə neftçilərin böyük əməyi var. Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq, bu sahənin inkişafı üçün zəruri addımlar atılacaq”.

Gununsesi.info