İqtisadi proseslər Azərbaycanın sığorta bazarına da mənfi təsir edib – Palata sədri

  • By admin
  • 23 İyun 2016 11:14

rufat

 

HTML tutorial

Ötən il ölkədə sığorta yığımlarının 3 dəfə, ödənişlərin 2 dəfə artmasına baxmayaraq, hazırda iqtisadiyyatda müşahidə proseslər səbəbindən sığorta xidmətlərinə tələbat azalb və icbari sığorta sektorunda isə maliyyə intizamı zəifləyib. Gununsesi.info xəbər verir ki, bu fikri Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda başlayan beynəlxalq sığorta forumunda bildirib. Bununla belə R.Aslanlı əlavə edib ki, son 5 ildə Azərbaycanın sığorta sektorunda əhəmiyyətli kəmiyyət nəticələri əldə olunub, bu sahənin ÜDM-də rolu artıb. Onun sözlərinə görə, ölkədə sığorta bazarının inkişafı üçün müvafiq işlər görülüb və görülməkdədir: “Son 6-7 ildə sığorta yığımları 3 dəfə, ödənişlər isə 2 dəfə artıb. Sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli işlər görülüb. Bununla belə, əhalini ən çox narahat edən sahələrdən biri sığorta sahəsidir”. R. Aslanlı qeyd edib ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycanın sığorta bazarına da mənfi təsir edib: “Sığorta xidmətlərinə tələbat azalıb, sığorta şirkətlərinin gəlirləri və ehtiyatlarında azalma müşahidə edilib. Maliyyə Bazarlarına Nəzarət Palatası cəmi 3 ay fəaliyyət göstərir. Palatanın məqsədi sığorta sənayesinin yeni situasiyaya çox qısa müddətdə uyğunlaşması və dayanıqlığının artırılmasıdır. Biz sığorta şirkətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması istiqamətində çalışırıq. Risklərin transferi, sığorta və təkrarsığorta arasında münasibətlərin tənzimlənməsi və daha effektiv model üzərində çalışırıq. Bundan başqa, istehlakçıların hüquqlarının müdafiəsi və sığorta ilə bağlı maraqların tarazlaşdırılması çox mühüm fəaliyyət istiqamətlərimizdəndir. Bununla yanaşı, sığorta xidmətlərinin çeşidinin artırılması, icbari və könüllü sığortanın əhatə dairəsinin genişlənməsi ilə bağlı müzakirələr aparırıq və bu istiqamətdə fəaliyyət göstəririk”.

 

Mürtəza