

İstefa verəcək nazir ölkədə keçiriləcək prezident seçkilərinə qatlacaq.
Gununsesi.info “Les Echos” qəzetinə istinadən xəbər verir ki, Fransanın 38 yaşlı iqtisadiyyat naziri Emmanuel Makron növbəti həftənin ikinci günü prezident Fransua Ollandla görüşdən sonra istefa qəranı rəsmi olaraq açıqlayacaq və tutduğu vəzifədən gedəcək.
Qəzet onu da yazır ki, istefa verəcək 38 yaşlı Makron bundan sonra böyük siyasətdəki planlarını açıqlayacaq. O, qarşıda Fransada keçiriləcək prezident seçkilərində də iştirak etmək niyyətindədir. Ancaq E. Makron prezodent seçkilərində iştirakını indi deyil, bir müddət sonra açıqlayacaq. O, prezident seçkilərində namizədliyini 2016-cı ilin aprelində yaratdığı “En Marche!” (İrəli) Hərəkatından vermək niyyətindədir. Nazir yeni yaradılan hərəkatın nə sol, nə də sağların cərəyanına aid edib.
Məhz bundan sonra 38 yaşlı nazirin Fransa hökumətindəki mövqeləri zəifləyib və sarsılıb.
E.Makron nazir olmamışdan öncə bank sektorunda çalışıb və onu böyük siyasətə elə Fransua Olland gətirib. İndi isə o, F. Ollandın yürütdüyü siyasəti qəbul etmir və buna qarşı çıxır.
Gununsesi.info