İqtisadiyyat naziri Türkiyə şirkətlərinin nümayəndələri ilə görüşüb

  • By Mina
  • 01 Aprel 2024 16:55

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Koç Holdinq”in Baş maliyyə direktoru Polat Şen, səhiyyə üzrə baş direktoru Erhan Bulutçu və “Aksoy Holdinq”in baş direktoru Batu Aksoyla görüşüb.

Gununsesi.info-ya bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb. Türkiyənin “Koç Holding” və “Aksoy Holding” şirkətləri ilə ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.