“İqtisadiyyat nazirinə istefa verməyi qadağan etmişəm” - PAŞİNYAN

  • By admin
  • 19 Yanvar 2022 18:08

“Mən Vahan Kerobyana istefa verməyi yasaqlamışam”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı söyləyib.

“Yalnız mən hansı nazirin nə qədər işləyəcəyinə qərar verəcəyəm”, – hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri V.Kerobyan bildirib ki, iqtisadiyyatın ikiqat artımı proqnozu özünü doğrultmasa, vəzifəsindən istefa verəcək. Daha sonra o, bu sözlərini “zarafat” adlandırıb.

 

 

Gununsesi.info