İqtisadiyyat Nazirliyinin 94 milyon dollara başa gələn binası istifadəyə verildi

  • By admin
  • 31 May 2021 16:50

Mayın 29-da dövlət başçısı İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib. Heydər Əliyev prospektində inşa edilən 33 mərtəbəli göydələn Türkiyənin “Tekfen” şirkəti tərəfindən inşa edilib. Bina öncə Vergilər Nazirliyi üçün nəzərdə tutulmuşdu. Lakin bu qurum İqtisadiyyat Nazirliyi ilə birləşdirilib.  

Binanın hündürlüyü 168 metrdir, otaqların ümumi sahəsi 6500 kvadrat metrdən çoxdur.

Binada ofis otaqları, fitnes klub, restoran, mehmanxana otaqları, konfrans zalları, kafeterilər yerləşir.

Tikintiyə 2016-cı ildə başlanılmışdı. Qeyri-rəsmi məlumatlara görə, tikinti 94 milyon dollara başa gəlib.

Gununsesi.info