İqtisadiyyat və Humanitar Kollecində Zəfər Günü qeyd edildi

Bakı Mühəndislik Universitetində və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib.

Gununsesi.info xəbər verir ki, Abşeron RİH-nin səlahiyyətli şəxslərinində qatıldıqları tədbirlərdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şanlı qələbənin əldə olunmasını əks etdirən videoçarxlar nümayiş olunub.

Hər iki tədbirdə çıxış edən qazilər, şəhid ailələri və digər rəsmi şəxslər ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis olunmuş Zəfər Gününün böyük qürurla qeyd edildiyini diqqətə çatdırıb, şəhidlərin hər zaman ehtiramla anıldığını, şəhid ailə üzvləri və qazilərin qayğılarının dövlətimiz tərəfindən daim diqqətdə saxlanıdlğını bildiriblər.

Çıxışlardan sonra vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Gununsesi.info