
2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,9 milyard manat yönəldilib.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyata yönələn sərmayələrin həcmi 26,1 faiz azalıb.
Ümumi sərmayənin 33,8 faizi dövlət, 66,2 faizi qeyridövlət sektorunun sərmayədarlarının payına düşüb.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 40,5 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayədə;
– müəssisə və təşkilatların vəsaitləri 10, milyard manat, (2015-c ilə nisbətən bu istiqamətdə 31.4 faiz azalıb)
– bank kreditləri 1,7 milyard manat, (2015-ci ilə nisbətən 14.4 faiz azalma)
– büdcə vəsaitləri 2,07 milard manat, (2015-ci ilə nisbətən 35.4 faiz azalma)
büdcədənkənar fondların vəsaitləri 144,1 milyon manat, (2015-ci ilə nisbətən 52.6 faiz azalma)
əhalinin şəxsi vəsaitləri 631,5 milyon manat, (2015-ci ilə nisbətən 11.8 faiz azalma) təşkil edib.
Vüsalə Rüstəmova
Gununsesi.info