İqtisadiyyatın ehtiyatlarla yaşaya biləcəyi dövr məhduddur - RUSİYA MƏRKƏZİ BANKININ SƏDRİ HƏYƏCAN TƏBİLİ ÇALIR

  • By admin
  • 19 Aprel 2022 16:13

Rusiya Dövlət Dumasında çıxış edən Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina bildirib ki, Rusiya öz iqtisadi ehtiyatları hesabına mövcud ola bilər, lakin iqtisadiyyatın təhlükəsizlik marjası sonsuz deyil.

Onun sözlərinə görə, sanksiyaların öncə maliyyə bazarlarına neqativ təsirləri hiss olunurdu, hazırda isə iqtisadiyyata mənfi təsirlər müşahidə edilir. Xanım Nabiullina onu da əlavə edib ki, “Rusiya Bankı sanksiyalar altında qızıl-valyuta ehtiyatlarının təxminən yarısına sərəncam verə bilər. İqtisadiyyatın ehtiyatlarla yaşaya biləcəyi dövr məhduddur. Artıq ikinci rübün axırı, üçüncü rübün əvvəlində biz struktur transformasiyası və yeni biznes modellərinin axtarışı dövrünə qədəm qoyacağıq”.
Rusiya Bankının sədrinin sözlərinə görə, Rusiya qiymət artımı və inflyasiyanın yüksəlməsi ilə müşaiyət olunacaq “sanksiyalarla bağlı struktur dəyişikliklərinin çətin dövrünə” daxil olub:

”Bildiyiniz kimi Rusiya Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina bu vəziyyəti əvvəlcədən görürdü və buna görə istefa verməyə də cəhd etmişdi, amma Putin ona davam etməsini məsləhət gördü. Görünür ki, ölkədəki vəziyyətdən daha çox məlumatlı olan şəxs bu açıqlaması ilə həm də məsuliyyəti bölüşməyə çalışır”.

Gununsesi.info