“İrəvan -2018” Hərəkatının əməkdaşları təltif edilib

  • By admin
  • 30 İyul 2016 12:12
zaur
“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin təsis etdiyi “İrəvan – 2018” Hərəkatı “Müasir erməni arxeoloqlarının və antropoloqlarının saxtakarlığı ” adlı dəyirmi masa keçirilib.
Gununsesesi.info “az.karabakh.today”ə istinadən xəbər verir ki, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin və “İrəvan – 2018” Hərəkatının sədri Zaur Qəriboğlu tədbirin keçirilməsinin məqsədini diqqətə çatdırıb: “Məqsədimiz Qərbi Azərbaycanda aparılan tarixi araşdırmalar və qazıntılar zamanı ermənilərin törətdikləri saxtakarlıqlara diqqət çəkməkdir. Hamımız bilirik ki, ermənilər qədim abidələrimizi dağıdır, erməniləşdirirlər. Halbuki, bu ərazidə mövcud olan heç nəyin onlara dəxli yoxdur. “İrəvan – 2018” Hərəkatı olaraq, biz dünyaya, məhz, bu məsələni təqdim etmək niyyətindəyik”. Dəyirmi masanın məruzəçisi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Elmi ekspozisiya şöbəsinin əməkdaşı, doktorant Pərviz Elay qədim əzəli və əbədi Türk yurdu olan bu torpaqlardakı abidələrin tarixindən və qədimliyindən danışıb.
O, bildirib ki, , burda hər yerdə Türk etnosunun, mədəniyyətinin izlərinə rast gəlmək mümkündür: “Ermənilər ən qədim abidələri belə erməniləşdirməkdən çəkinmirlər. Qərbi Azərbaycanın tunc dövrü abidə və tapıntılarına baxanda görürük ki, ermənilər nə qədər saxtakarlaşdırmağa çalışsalar da, bu torpaqlar hələ də izlərimizi daşıyır”. Müzakirə və çıxışlardan sonra “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək “İrəvan 2018” Hərəkatının ictimaiyyətimiz üçün daşıdığı önəm haqqında mülahizələrini bildirib. O, “İrəvan 2018” Hərəkatının sədri Zaur Qəriboğlunu və “İrəvan 2018” Hərəkatının sədr müavini Oktay Hacımusalını qurumun təsis etdiyi “Fədai” medalı ilə təltif ediblər.
zaur1
Gülnaz Qənbərli
Gununsesi.info