“Ermənistanla Azərbaycan arasında normallaşma yalnız regiondankənar qüvvələrin vəziyyətə müdaxilə etməyi dayandırması halında mümkündür”.
Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB ölkələrindən olan həmkarları ilə görüşündə deyib.
Onun sözlərinə görə, Qərbin addımları vəziyyətə mənfi təsir edir və regionda ziddiyyətlərin qalmasına səbəb olur: “Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsində, regionun inkişafı üşün şəraitin yaradılmasında, qarşılıqlı inam və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq”.
Gununsesi.info