“Beynəlxalq ictimaiyyət tərəfindən cəbhədə vəziyyətin gərginləşməsi qətiyyətlə pislənilib və işğal nəticəsində yaranmış status kvo vəziyyətinin qəbuledilməzliyi bir daha vurğulanıb”.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Naziriliyi 2016-ci ilin yekunları ilə bağlı hesabatı dərc edib və hesabtda 2016-ci ilin dekabrın 29-da erməni cəbhəsində azərbaycanlı şəhidin qaytarılmaması ilə bağlı məlumat da yer alıb.
Xin bildirib ki, 2016-ci il 29 dekabr tarixində Ermənistan silahlı qüvvələri vəziyyəti gərginləşdirmək, danışıqları prosesini pozmaq məqsədilə Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törədib. Ermənistanın bu təxribatı nəticəsində itkin düşmüş Azərbaycan silahlı qüvvələrinin hərbçisinin cəsədini Ermənistan tərəfi beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, hələ də qaytarmaqdan imtina edir
“XİN Ermənistanın bu təxribatı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, cəsədin geri alınması üçün zəruri və təxirəsalınmaz tədbirləri davam etdirir”- sənəddə qeyd olunub.
Sənəddə həmçinin qeyd olunub ki, Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üzrə fəal işlər davam etdirilib: “Hesabat ili ərzində Xocalı soyqırımı ilə bağlı ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası qətnamə qəbul edib, həmçinin ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatlarının qubernatorları və Viskonsin ştatının Miluoki dairəsinin başçısı müvafiq bəyanatlarla çıxış edib”.
Mürtəza
Gununsesi.info