İrəvan bu səhəri də etiraz aksiyası ilə açdı - Yenilənib

Ermənistanın paytaxtı İrəvanda etirazçılar səhər saatlarından başlayaraq küçələri bağlayıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, polis yolu açmağı rədd edən aksiya iştirakçılarını saxlamağa başlayıb.

Hazırda saxlanılanların sayı 10 nəfər təşkil edir.

Xatırladaq ki, sentyabrın 19-dan başlayaraq irəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

***

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanların sayı 32 nəfərə çatıb.

 

Gununsesi.info