İrəvan Dövlət Azərbaycan Dram Teatrından direktora etiraz - 9 NƏFƏR İŞDƏN GETDİ

  • By admin
  • 29 Sentyabr 2017 11:06

585638 (1)

İrəvan Dövlət Azərbaycan Dram Teatrından kütləvi istefalar başlayıb.

Gununsesi.info ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə teatrı daha üç nəfər tərk edib. Bunlar aktrisalar Ayşən Mirzəzadə və Məryəm Qələndərova, aktyor Əhliman Ərşadlıdır.

Bildirilir ki, eyni gündə texniki heyətdən olan altı nəfər də işdən çıxmaq barədə ərizələrini direktor İftixar Piriyevə təqdim ediblər. Qeyd olunur ki, bu şəxslər son günlər teatr ətrafında yaranmış qalmaqala, direktorun işçilərə qarşı xoşagəlməz davranışlarına etiraz əlaməti olaraq kollektivdən ayrılıblar.

Gununsesi.info