İrəvan məhkəməsi keçmiş prezident Sarkisyanın qardaşı oğlunu həbs etdi

  • By admin
  • 24 Dekabr 2019 11:59

İrəvanın ümumi yurisdiksiya məhkəməsi keçmiş Prezident Serj Sarkisyanın Çexiyadan silah və narkotik maddə saxlama, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə Ermənistana ekstradisiya edilən qardaşı oğlu Narek Sarkisyanın həbsinə qərar verib. 

Gununsesi.org xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

“İrəvanın ümumi yurisdiksiya məhkəməsi Baş prokurorun vəsatətini təmin etdi və Narek Sarkisyanın həbsinə qərar verdi”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, Çexiya hüquq-mühafizə orqanları Narek Sarkisyanı dekabrın 21-də Ermənistana təhvil veriblər. O, 5 iyul 2018-ci ildə silah və narkotik maddə saxlamaq, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə axtarışa verilib.

Gununsesi.org