İrəvan yaxınlığında güclü partlayış baş verdi

  • By admin
  • 29 Noyabr 2022 21:50

İrəvan yaxınlığında Nor Xarberd kəndində yaşayış evində güclü partlayış baş verib, nəticədə bir nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayışın ardınca evdə güclü yanğının baş verdiyi bildirilib.

Əraziyə iki yağınsöndürmə briqadası cəlb edilib.

Gununsesi.info