İrəvanda 30 etirazçı saxlanılıb

Ötən gecə İrəvanda Nazirlər Kabinetinin binası yaxınlığında 30 etirazçı saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, əhali hökumət binasının qarşısına toplaşaraq Paşinyan hökumətinə qarşı etiraz aksiyası keçirib.

 

Gununsesi.info