İrəvanda aksiya iştirakçıları ilə polis arasında silahlı toqquşma baş verib: yaralananlar var

  • By admin
  • 27 İyul 2016 10:49

ira

 

İrəvanda iyulun 17-də post-patrul alayının binasının ələ keçirilməsindən sonra davamlı aksiyalar keçirilir və hakimiyyətin istefası tələb olunur.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, axşam saatlarında aksiya iştirakçıları mitniqnin ardınca yürüş keçiriblər və bu zaman polislə aksiya iştirakçılar arasında toqquşma baş verib. Qarşıdruma silahlı toqquşma səviyyəsinə keçib. Atışma nəticəsində silahlı qrupun lideri Pavel Manukyanın və onun oğlunun yaralanıb. Yaralılar “Erebuni” tibb mərkəzinə yerləşdiriliblər. Erebunu xəsətxanasının rəhbəri deyib ki, yarallar gecə saat 01.00 radələrində xəstəxanaya gətiriliblər və reanimasiya şöbəsinə yerləşdiriliblər: “Pavel Manukyan və oğlu ayaq, baldır, bud nahiyələrindən güllə yaraları alıb. Həmçinin onlarda qəlpəli sınıqların olduğu müəyyən edilib. Onların vəziyyəti ağırdır. Pavel və Aram Manukyanlar süni nəfəs aparatına qoşulublar. Xəstələrin səhhəti ilə bağlı nə isə demək hələ tezdir, azı 48 saat gözləmək gərəkdir”. Atışma zamanı bud nahiyəsindən yaralanmış polis zabitini vəziyyəti orta-ağır qiymətləndirilir.

Ötən gecə İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupun iki üzvü polisə təslim olub. Bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib. Onun sözlərinə görə, təslim olan silahlılar Qaqik Yegiazaryan və Aram Akopyandır. Müxalifət bu gün saat 19.00-da yenidən mitinq keçirəcək.

ira-1

ira-2

 

Gununsesi.info