İrəvanda atışma - Yaralananlar var

  • By admin
  • 29 İyul 2016 17:50

irevAN

 

Bu gün İrəvanda baş verən atışma nəticəzində polis post-patrul alayının binasını zəbt edən silahlı “Sasna çrer” təşkilatının üvzvü “Yalquzaq” kimi tanınan üzvü Araik Xandoyan yaralanıb.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, A.Xandoyan ayağından yaralanıb. Polis faktı təsdiqləyib. Polisdən verilən məlumata görə, silahlı dəstə hüquq-mühafizə orqanlarının tələbələrini yerinə yetirməyib. Bundan sonra atəş açılıb və silahlı dəstə də cavab atəşi ilə polisə cavab verib. Nəticədə Araik Xandanyan yaralanıb. Hadisə ilə bağlı Ermənistanın təhlükəsizlik xidməti bəyantla çıxış edib. Bəyantda deyilir ki, PPX alayını ələ keçirən silahlı dəstə sıtrasında yeni üzvlər peyda olub.

Təhlükəsizlik orqanı ictimaiyyəti silahlı dəstənin çağırışlarına uymamağa çağırıb: “Xatırladırıq və xəbərdarlıq edib, istənilən cəhdin qarşısı istənilən metodla alınacaq”.

Gununsesi.info