İrəvanda bir neçə etiraz aksiyası keçirilir

Ermənistanın paytaxtı İrəvanda eyni anda hökumət əleyhinə bir neçə etiraz aksiyası keçirilir.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, şəhərin müxtəlif hissələrində siyasi qüvvələrin nümayəndələri, tələbələr, eləcə də paytaxt sakinləri ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Etirazlar çərçivəsində oturaq və aclıq aksiyaları təşkil edilib.

Şəhərin digər bir hissəsində isə etirazçılar mərkəzi küçələri bağlayıb. Xatırladaq ki, son günlər İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir.

 

Gununsesi.info