İrəvanda bir qrupun polis bölməsini ələ keçirməsindən sonra 10-a yaxın müxalifətçi saxlanıldı -TASS

  • By admin
  • 17 İyul 2016 22:41

ira

 

İrəvanda bir qrup silahlı şəxsin polis bölməsini ələ keçirməsindən sonra hüquq-mühafizə orqanları 10-a yaxın müxalifət nümayəndəsini saxlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Xəbərə görə, onların saxlanmasına səbəb “Yeni Ermənistan” partiyasının çağırışı ilə İrəvanın mərkəzində mitinqə toplaşmaq cəhdi olub. Fəalların sənədləri yoxlandıqdan sonra sərbəst buraxıldıqları bildirilir.

Ölkənin Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, silahlı qrup 6 polisi girov saxlamaqda davam edir. Ölkə KİV-nin yazdığına əsasən, hələlik danışıqlar davam etdirilir və girovların azad edilməsi üçün əməliyyatın keçirilməsinə əmr verilməyib. Polis rəisinin müavini Unan Poqosyan bildirib ki, silahlıların Jirayr Sefilyanı azad etmək barədə tələbi yerinə yetirilməyib.

Onun sözlərinə görə, silahlılarla atışmada polkovnik Artur Vanoyan ölüb, 4 polis əməkdaşı yaralanıb.

İrəvanda baş verən hadisələri şərh edən politoloq Andrias Qukasyan “qiyamçıların təslim olmayacağını və son güllələrinə qədər döyüşəcəklərini” deyib. O bildirib ki, polislə toqquşmalar nəticəsində yüzlərlə şəxs həlak ola bilər: “Vətəndaşlar Ermənistan Daxili İşlər Nazirliyi qarşısına toplaşaraq güc tətbiq edilməməsini tələb etməlidir”.

Gununsesi.info