Vacib məsələlərdən biri də İrəvandakı Qarabağ separatçılarının “nümayəndəliyinin” fəaliyyətini davam etdirməsidir. Həmin “nümayənədlikdə” təxribaçı açıqlamalar verilir, toplantılar keçirilir.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, “nümayəndəlikdə” toplaşanların hədəflərindən biri Ermənistan hökuməti, digəri Azərbaycandır.
“Ermənistan hökuməti həmin “nümayəndəliyi” yanvarın ayının əvvəlində qapatmağı planlaşdırır. Radikal müxalifət Qarabağ klanı ilə birgə buna mane olmağa çalışacaq. Gələn ay İrəvanda ciddi qarşıdurma gözlənilir. Baş nazir Nikol Paşinyan anlayır ki, separatçıların “nümayəndəliyinin” fəaliyyətini qadağan etməsə, bu Azərbaycanla danışıqlara mənfi təsir edəcək, sülh sazişinin imzalanması yolunda əsas maneələrdən birinə çevriləcək”, – deyə o bildirib.
Gununsesi.info