İrəvanda etiraz aksiyası: “Nikol, bizə iş ver” - VİDEO

İrəvanda şəhər bələdiyyəsi binası önündə etiraz aksiyası başlayıb.

Gununsesi.info xəbər verir ki, sadə vətəndaşlar Haqtanak ibzibati dairəsində istismar müddətini hələ 90-cı illərdə istismar müddətini başa vurmuş hündürmərtəbəli binaların qəzalı vəziyyətdə olmasından şikayətləniblər.

HTML tutorial

Sakinlər Nikol Paşinyan hökumətindən qəzalı vəziyyətdə olan binaların yenisi ilə əvəz olunmasını tələb ediblər.

Etirazçılar Nikol Paşinyan və onun komandasına da etiraz etdiklərini açıqlayıblar.

Əllərində plakat olan ermənilər “Biz iş istəyirik”, “Nikol, bizə iş ver!”, “Biz Ermənistanda yaşamaq istəyirik”, “Ölkədən getmək çıxış yolu deyil”, “Biz miqrant olmaq istəmirik”, “Biz sakit ölkə istəyirik” – kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları ölkədəki bələdiyyələrin ancaq rüşvət mexanizmləri ilə işlədiklərini bildiriblər.

Gununsesi.info