İrəvanda etirazın yeni dalğası başladı - ƏSAS YOLLAR BAĞLANIB

  • By admin
  • 02 May 2018 10:50

Yerevanda bu gün səhər saatlarından etibarən bütün əsas yollar etirazçılar tərəfindən bağlanıb.

Gununsesi.info xəbər verir ki, mitinq iştirakçıları “Zvartnots” aeroportuna gedən yolu, Yerevanın mərkəzini tutublar. İnsanlar çemodanlarla hava limanına doğru irəliləməyə başlayıblar.

Qeyd edək ki, müxalif lider Nikol Paşinyanın tərəfdarları onun baş nazir seçilməməsinə etriaz edirlər. Paşinyan ötən gün Parlamentdə keçirilən səsvermədə Respublikaçılar Partiyasının əksər deputatlarının onun əleyhinə səs verməsindən sonra baş nazir ola bilməyib. Bundan sonra isə, Paşinyan tərəfdarlarını etiraz aksiyasına çağırıb.

Gununsesi.info