İrəvan meriyası yaxın vaxtlarda avtobuslarda gedişhaqqının 100 dramdan (0,25 ABŞ dollar) 150 dramadək (0,37 ABŞ dolları) artırılması barədə qərar qəbul edib.
Gununsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” partiyasının sədr müavini David Xajakyan sosial şəbəkələrdə məlumat verib.
“Təbii ki, deyəcəklər ki, hər şey bahalaşıb, ictimai nəqliyyatda da qiymətlər artırılmalıdır”, – o qeyd edib.
D.Xajakyan əlavə edib ki, tam islahat aparmaqla eyni qiymətləri saxlamaq olar.
Gununsesi.info