Ermənistanın paytaxtı İrəvanın mərkəzində böyük mağazada baş verən yanğın nəticəsində Cəfər İslam adlı İran vətəndaşı xəsarət alıb.
Gununsesi.info “shamshyan”a istinadən xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
C.İslam yanan mağazanın sahibidir.
Yanğının səbəbi araşdırılır.
Gununsesi.info