
İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarında 142 nəfər saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bazar ertəsi Ermənistan müxalifəti vətəndaş itaətsizliyi çərçivəsində İrəvanın altı inzibati rayonunda küçələri bağlamağa başlayıb.
Etirazları Ermənistan mediası canlı yayımlayır. Aksiyaları Ermənistan parlamentinin keçmiş və indiki müxalifətçi deputatları aparır.
Saxlanılanlar arasında Ermənistan parlamentinin üzvü Tadevos Avetsyan da var.
Qeyd edək ki, Ermənistanda etirazlar sentyabrın 19-da başlayıb. Paşinyanın və onun hökumətinin hakimiyyətdən uzaqlaşdırılması istiqamətində fəaliyyətləri əlaqələndirən Milli Komitə yaradılıb. Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, parlament müxalifəti də Paşinyanın impiçmenti prosesinə təşəbbüs göstərir.
Səid Əhmədli
Gununsesi.info