İrəvanda KTMT-nin iclası keçirilir - VİDEO

  • By admin
  • 23 Noyabr 2022 12:31

İrəvanda KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçirilir.

Gununsesi.info news.am-a istinadən xəbər verir ki, sessiyadan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini, habelə KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.

Şuranın iclası zamanı sülhməramlı qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, birgə radioloji, kimyəvi və bioloji müdafiənin formalaşdırılması ilə bağlı bir sıra sənədlər imzalanacaq.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyası zamanı Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbulu planlaşdırılır.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.

Gununsesi.info