İrəvanda metroya bomba qoyulması xəbəri yayıldı

İrəvanda “Sasun David” metrostansiyasında vaqona bomba qoyulması barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin 911 xidmətinə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

HTML tutorial

Məlumata görə, hadisə yerinə xilasedicilər və minaaxtaranlar göndərilib. Vətəndaşlar ətrazidən uzaqlaşdırılıb, axtarışlar aparılır.

Gununsesi.info