
Ermənistan polisinin xüsusi təyinatlıları bu səhər tezdən İrəvanın mərkəzində küçələri bağlayan müxalifət fəallarını həbs etməyə başlayıblar.
Gununsesi.info-nun məlumatına görə, TASS-ın müxbiri bu barədə hadisə yerindən məlumat verib.
Polis əvvəlcə səsucaldanlar vasitəsilə aksiya iştirakçılarına xəbərdarlıq edib ki, şəhərin mərkəzində Tumanyan-Sarian kəsişməsini bağlamaq qadağan edilib, bundan sonra 10-a yaxın fəal saxlanılıb. Hazırda İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları davam edir.
Səid Əhmədli
Gununsesi.info