İrəvanda ordu-xalq iqtidara qarşı küçələrə çıxdı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Onik Qasparyanı istefaya göndərdiyini açıqlasa da, o, prezident Armen Sarkisyanın istefa fərmanı imzalamasına qədər Baş Qərargah rəisi vəzifəsini icra edəcək.

Gununsesi.info xəbər verir ki, bunu konstitusiya məsələləri üzrə erməni mütəxəssis Vardan Ayvazyan deyib.

HTML tutorial

Onun sözlərinə görə, Baş Qərargahın açıqlaması Əsas Qanuna tamamilə uyğundur. Silahlı Qüvvələr ölkənin təhlükəsizliyi səbəbi ilə böhran vəziyyətində hakimiyyəti hökumətin əlindən almaq və böhrandan çıxara biləcək qüvvələrə təhvil vermək hüququna sahibdir.

****

Baş nazir Nikol Paşinyan Respublika meydanında tərəfdarlarının qarşısına çıxıb. O, vəziyyətin idarə oluna biləcəyinə və hər şeyin sülh yolu ilə həll olunacağına əminliyini dilə gətirib. Paşinyan bildirib ki, onun ölkə daxilində düşməni yoxdur.

“Birincisi, hər zaman toqquşma təhlükəsi var. Ancaq hamımız bunun Ermənistan Respublikasında olmaması ilə razılaşmalıyıq. Ən əsası, hamımız sakit olmalıyıq. Ölkədə düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə edilməsi lazım olan suallar var”, – baş nazir deyib.

Ermənistan Silahlı Qüvvələrinin indi kimə tabe olduğu soruşulduqda, Paşinyan belə cavab verib։ “Xalqa və hökumətə. Başqa variant yoxdur”.

Hazırda paytaxtda tərəfdarları ilə birgə yürüş keçirən Paşinyan Ermənistanı tərk etməyəcəyini deyib.

 

****

Vətənin Xilası Hərəkatı Ermənistan Silahlı Qüvvələrinin ali komandanlığının bəyanatını alqışlayıb və bütün vətəndaşları ordu ətrafında birləşməyə çağırıb. Vazgen Manukyanın rəhbərlik etdiyi müxalifət bütün vətəndaşları İrəvanın Azadlıq meydanında toplanaraq, Ermənistan ordusuna dəstək olduqlarını bildirməyə və baş nazirin rəhbərlik etdiyi hökumətin istefası işini başa çatdırmağa çağırıb. Bildirilib ki, saman çöpündən yapışan Paşinyan indi xalqı vətəndaş qarşıdurmalarına və qanlı çağırışlara təşviq etməyə çalışır.

****

Paytaxtda hökuməti və müxalifəti dəstəkləyən vətəndaşların eyni vaxtda hərəkətləri davaya səbəb olub. Opera binasının yaxınlığında hakimiyyət tərəfdarları ilə müxalifət arasında toqquşmalar baş verib.

Müxalif Vətənin Xilası Hərəkatının tərəfdarları Azadlıq meydanına toplaşıblar. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyana dəstək olaraq yürüş edən vətəndaşlar onların yanından keçib.

Vəziyyət gərgin olaraq qalır.

Gununsesi.info