İrəvanda Paşinyana qarşı daha bir kütləvi mitinq başladı

  • By admin
  • 15 Dekabr 2020 18:37

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyalar davam edir.

Gununsesi.org xəbər verir ki, saat 17:00-dan etibarən paytaxt İrəvanın mərkəzində daha yeni mitinq başlayıb.

Etirazçılar Komitas, Baqramyan 26 və Tiqran Mets prospektlərində toplaşır.

Ötən gün İrəvanda son ayların ən kütləvi etiraz aksiyası keçirilmişdi.

 Gununsesi.org