İrəvanda tapşırıq verildi: Bakının tələbi yerinə yetiriləcək

  • By Günel
  • 18 Sentyabr 2024 09:48

Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın rəhbərlik etdiyi Konstitusiya İslahatları Şurası qanunda düzəliş etmək üçün hazırlıq görür.

Gununsesi.info Globalinfo.az – a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Nəşr yazır ki, Ermənistan Xarici İşlər Nazirliyi və hökumət hər nə qədər konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu desələr də, Azərbaycanın tələbinə uyğun olaraq dəyişikliklər etmək üçün hərəkətə keçiblər.

Məlumata görə, şura artıq iclaslar keçirməyə başlayıb və qanunda dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı İrəvan hökumətindən xüsusi tapşırıq verildiyi deyilir.

Qəzet sülh prosesi və konstitusiya məsələsi ilə bağlı Ermənistan XİN-ə sorğu ünvanlasa da, konkret cavab verilmədiyini yazıb.

“Konstitusiya dəyişikliyi məsələsi Ermənistan Respublikasının daxili işidir. Azərbaycanla münasibətlərin nizamlanması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı açıqlanmalı olan məlumatlar ictimaiyyətə düzgün və əsaslı şəkildə çatdırılır”, – XİN-in açıqlamasında bildirilir.

Gununsesi.info