İrəvanda Türkiyə vətəndaşının cəsədi tapılıb

Ermənistanın paytaxtı İrəvanda Türkiyə vətəndaşının meyiti aşkar olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.

Məlumata görə, 60 yaşlı Hasan Türkerin cəsədi aprelin 11-i “Apaven” gömrüyündə tapılıb.

Məhkəmə-tibbi ekspertlərinin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı araşdırma başladılıb.

 

 

Gununsesi.info