İrəvanda VƏTƏNDAŞ SAVAŞI: polislər cəlb olunur… – VİDEO

İrəvanın mərkəzində vəziyyət kəskinləşib.

Gununsesi.info xəbər verir ki, prezident iqamətgahının xidmət girişinə aparan Zurabyan küçəsində Vətənin Xilası Hərəkatının tərəfdarları ilə polis əməkdaşları arasında zaman-zaman qarşıdurmalar olur.

HTML tutorial

Hüquq mühafizəçiləri fəalları dağıtmağa çalışır. Vətəndaşlardan birinin yaralandığı bildirilir, ancaq bunun nə qədər ciddi olduğu hələ dəqiqləşməyib.

Aksiyaçılar “Nikol xain” və “Nikol, get” şüarları səsləndirir və hüquq-mühafizə orqanlarının əməkdaşlarını güc tətbiq etməməyə çağırırlar. Bölgəyə yeni asayiş keşikçiləri göndərilir.

***

12:40

Vətənin Xilası Hərəkatının Xarici İşlər Nazirliyinin binası qarşısındakı etiraz aksiyası sona çatıb.

Gununsesi.infoxəbər verir ki, etirazçılar Baqramyan prospektindəki prezident iqamətgahına doğru irəliləyir.

Onların niyyəti baş nazir Nikol Paşinyanla prezident iqamətgahında görüşmək və onun yolunu bağlamaqdır.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyanın baş nazir Nikol Paşinyanla bu gün siyasi məsləhətləşmələr çərçivəsində görüşəcəyi açıqlanmışdı. Etirazların təşkilatçılarından biri, Daşnaksütyun partiyasının gənclər qanadının nümayəndəsi Gerasim Vardanyanın verdiyi məlumata görə, baş nazir saat 15:00-da prezidentlə görüşəcək.

***

Müxalif Vətənin Xilası Hərəkatının baş nazir Nikol Paşinyana qarşı planı baş tutmayıb.

Gununsesi.info xəbər verir ki, saat 12:30-da Xarici İşlər Nazirliyinin binasında görüşü nəzərdə tutulan Paşinyan lazımi vaxtdan 1 saat əvvəl gəlib. Beləliklə, müxaliflər onun yolu nubağlaya bilməyib.

Hərəkatın sözçüsü Qor Sarkisyan bildirib ki, Paşinyan hətta onu qoruyan yüzlərlə polisə etibar etmir və buna görə görüşə vaxtından əvvəl gəlib.

Müxalifət Paşinyanın Xarici İşlər Nazirliyindəki görüşünün davam etdiyindən əmin olmadığına görə onun Xarici İşlər Nazirliyinin binasını tərk etməsini gözləməyə qərar verib.

Qeyd edək ki, hazırda Xarici İşlər Nazirliyinin binası qarşısında onlarla etirazçı var. onlar Ermənistan Xarici İşlər Nazirliyinin binası hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Binanın damında snayperlər var.

Ermənistan Xarici İşlər Nazirliyinin binasının damında hüquq-mühafizə orqanlarının əməkdaşları (13 mart 2021).  İrəvan

***

Ermənistan Xarici İşlər Nazirliyinin binası yüzlərlə polis tərəfindən mühasirəyə alınıb.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan Xarici İşlər Nazirliyinin əməkdaşlarını Ermənistanda 2 martda qeyd olunan Diplomatik İşçi Günü münasibətilə təbrik etmək üçün gələcək.

Media nümayəndələri də daxil olmaqla, heç kimin Xarici İşlər Nazirliyinin binasına yaxınlaşmasına icazə verilmir, binaların damlarında snayperlər müşahidə aparır.

 

 

***

10:53

Ermənistanın müxalifət qüvvələrindən ibarət Vətənin Xilası Hərəkatının növbəti kütləvi mitinqi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşacaq.

N.Paşinyanın bu gün saat 12:30-da Xarici İşlər Nazirliyinin inzibati binasında görüşü planlaşdırılıb. Müxaliflər baş naziri qabaqlayaraq saat 12:00-da aksiyanı başlatmaq niyyətindədir.

Aksiyanın əsas şüarı ənənəvi “Nikolsuz Ermənistan”dır.

Gununsesi.info