İrəvanda vəziyyət qarışdı - VİDEO

  • By admin
  • 16 Aprel 2018 10:57

İrəvanda “Vətəndaş müqavilsi” Partiyasının siyasi şurasının üzvu Nikola Paşinyanın tərəfdarları paytaxtın mərkəzi  Arşakunyanç, Abovyan, Moskovyan, Saryan, Matoç və Baqramyan prospekt və küçələrini bağlayaraq  avtomobillərin hərəkətini dayandırıblar.

Gununsesi.info “novosti-armeniya”ya istinadən xəbər verir ki, nəticədə şəhərdə hərəkət iflic vəziyyətə düşüb.

Etirazçılar İrəvanın mərkəzi preospekt və küçələrini bağlamasının səbəbini onlara istədikləri ünvanda aksiya  keçirməyə icazə verməməsi ilə əlaqədardır.

Nikola Paşinyanın sözlərinə görə, hakim  Respublikaçılar pariyasının rəhbərlərinin evlərini mühasirəyə alaraq aksiya keçrimək niyyətlərinin ciddi olduğunu göstərəcəklər.

Bundan əlavə olaraq polis də Baqramyan prospektində hərəkəti  dayandırıb. Səbəb isə aksiya iştirakçılarının parlament binasına doğru hərəkətinə mane olmaqdır.

Bundan öncə isə Paşinyan tərəfdarları  “Eritasardakan” metrostansiyasında hərəkətin fəaliyyətinə mane olmağa cəhd ediblər. Bu məqsədlə onlar metro vaqonlarının qapısı arasında uzanıblar. Lakin polis  aksiya iştirakçıları metrostansiyadan  uzaqlaşdırıb.

Gununsesi.info