Ermənistanın paytaxtı İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən Samvel Şirinyan barəsində ilkin hökm çıxıralıb.
Gununsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, ilkin hökm onun ölkədən çıxışına qadağanın qoyulması formasındadır.
O, Ermənistan Cinayət Məcəlləsinin nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılması və ya təşviq edilməsi məqsədi daşıyan açıq bəyanatlar, habelə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə bu məqsədlə materialların yayılması maddəsi ilə ittiham olunur və 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Gununsesi.info