İrəvandakı aksiyada 168 nəfər saxlanıldı - Yenilənib

İrəvanda hökumət əleyhinə etiraz aksiyası davam edir.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu gün səhər 09:00-a olan məlumata görə, aksiyada 53 etirazçı saxlanılıb.

Saxlanılanlar polisin qanuni tələblərinə riayət etməmək maddədi ilə polis bölməsinə aparılıb.

Xatırladaq ki, sentyabrın 19-dan İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Ətraflı

***

Ermənistan polisinin məlumatına görə, İrəvandakı aksiyada saxlanılanların sayı 142 nəfərə çatıb.

***

Ermənistanın Daxili İşlər Nazirliyi saxlanılan etirazçıların sayının 168 nəfərə yüksəldiyini açıqlayıb.

 

Gununsesi.info