İrəvandan Şuşa ETİRAFI: Xankəndiyə yol açıldı

Cəmi bir həftə öncə “Şuşaya hakim olanın bütün Qarabağa hakim olduğunu” elan edən və Şuşa uğrunda sona qədər döyüşəcəyini bildirən Ermənistan hərbi-siyasi rəhbərliyi ritorikasını dəyişib.

Gununsesi.info  xəbər verir ki, “dqr”in hazırda İrəvana sığınan separatçı-terrorçu liderinin müşaviri David Babayan Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edildiyini dolayısı ilə etiraf edib. Ancaq Ermənistan MN-in “təlimatına uyğun olaraq”, panikaya düşməməyə çalışıb.

“İndi XIV əsr deyil ki, bir şəhərin itirilməsi total məğlubiyyət anlamına gəlsin”, – deyə ictimaiyyətə təskinlik verməyə əbəs yerə cəhd göstərən Babayan bunun ardınca həqiqəti dilə gətirib: “Müharibə sərtləşir, hücumlar intensivləşir. Şuşadan sonra Xankəndiyə birbaşa yol açılır”.

Gununsesi.info