İrəvandan Zəngəzur açıqlaması

“Hazırda Mehri və Arazdəyən hissələrinin inventarlaşdırılması işləri aparılır. Layihənin həyata keçirilməsi üçün bütün maliyyə xərclərinin təmin edən texniki-iqtisadi əsaslandırmadan sonra məsələyə baxmaq olar”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Naziri bildirib.

HTML tutorial

“Layihənin həyata keçirilməsi ilə bağlı qərar verilib, lakin dəmir yolunun tikintisi üçün nəzərdə tutulan 226 milyon dollara yaxın vəsaitin haradan əldə olunacağı bəlli deyil”, – nazir bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Naxçıvan ərazisindən keçən Arazdəyən-Mehri dəmir yolunun bərpası ilə məşğul olacaq işçi qrupunun yaradılması barədə qərar imzalayıb.

Gununsesi.info