İrəvanın itkinlərlə bağlı açıqlamasına nazirdən REAKSİYA

“Əsir və itkin düşmüş vətəndaşlarla bağlı Dövlət Komissiyası və Xarici İşlər Nazirliyi bu illər ərzində davamlı fəaliyyət göstərir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

HTML tutorial

“4 fevral tarixində Prezident İlham Əliyev, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında dördtərəfli görüşdə bu məsələlər müzakirə olunub. Azərbaycan Prezidenti bu platformadan da istifadə edərək Birinci Qarabağ müharibəsindən indiyə qədər 3890 nəfər barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə demək olar ki, əməkdaşlıq etməməsi məsələsini qaldırıb. Ermənistan Baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib. Amma təəccüblüdür ki, bir neçə gün sonra Ermənistan XİN çox təzadlı, suallar doğuran və heç bir məntiqə, insanlığa sığmayan, beynəlxalq hüquqa uyğun olmayan bir formatda açıqlama yayıb. Bu çox absuddur”,- deyə nazir bildirib.

Gununsesi.info