İrəvanın mərkəzində partlayış nəticəsində 7 nəfər yaralanıb

  • By admin
  • 02 Aprel 2018 21:47


İrəvanın mərkəzindən keçən Şimal prospektində güclü partlayış baş verib.Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Aprelin 2-də 20:44-də (Bakı vaxtı ilə eynidir — REPORT) İrəvanın Şimal prospektində partlayışın baş verdiyi, yaralıların olduğu və xilasedici yardımına ehtiyacın olması barədə siqnal daxil olub”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, hadisə yerinə 4 xilasedici qrup, xüsusi xidmət qrupu və Böhran İdarəetmə Milli Mərkəzinin təcili yardım qüvvələri göndərilib.

“İnterfax” Ermənistan FHN-ə istinadən xəbər verir ki, partlayış zamanı 7 nəfər xəsarət alıb.

“Birinci ilkin məlumata görə, qaz balonu partlayıb. Yeddi nəfər xəsarət alıb. Ölən yoxdur”, – deyə idarədən bildirilib.

Gununsesi.info