“İrəvanın təmsilçisinin KTMT-nin baş katibi vəzifəsinə yubadılması fikir ayrılıqlarının göstəricisidir” - DEPUTAT

  • By admin
  • 28 Dekabr 2016 16:27
musa

MDB iştirakçısı olan, Azərbaycana təcavüz və ərazilərinin bir hissəsini işğal edən Ermənistanın bu təşkilatın strukturu olan KTMT-də baş katib vəzifəsini tutması Rusiyanın, MDB-nin digər ölkələrinin nüfuzuna xələl gətirir.
Bu fikri Gununsesi.infoya açıqlamasında  millət vəkili, professor Musa Qasımlı deyib.
Onun sözlərinə görə,  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi məsələsi rotasiya qaydası ilə həll olunsa da,  Ermənistan nümayəndəsinin bu vəzifəyə keçməsinin yubadılması  təşkilat daxilində bu məsələdə fikir ayrılıqlarının göstəricisidir.
Millət vəkili onu da bildirib ki, İrəvanın təcavüzkarlıq və işğalçılıq siyasəti MDBni gücləndirməkdə maraqlı olan Rusiyanın və digər dövlətlərin mövqelərinin əleyhinədir:
Rusiya Ermənistanı bir yük kimi daim çiyinlərində daşıyır. Bu isə qurumun bəzi digər dövlətləri tərəfindən narazılıqla qarşılanır və MDB-ni zəiflədir”.
Gununsesi.info