İrəvan Azərbaycan-Türkiyə birgə təlimlərindən narahatdır

  • By admin
  • 22 Yanvar 2021 15:52

Ermənistan Azərbaycan-Türkiyə birgə təlimlərinə etiraz edib.

 

Gununsesi.org xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan açıqlama verib.

“Bizim sərhədlərimiz yaxınlığında Azərbaycan-Türkiyə təlimlərinin keçirilməsi heç də ölkəmizə qarşı sülh niyyətindən xəbər vermir”.

Naqdalyan Ermənistanın qonşuları ilə dost münasibətlər qurmaqda maraqlı olduğunu söyləyib.

Gununsesi.org