İrəvan- Moskva birliyinə qarşı qardaş dəstəyi - TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ TƏLİMLARA BAŞLAYIR

  • By admin
  • 27 İyul 2020 18:50

 

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycanda hər iki ölkənin quru qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

Gununsesi.org-un xəbərinə görə, təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və HHM vasitələri cəlb ediləcək.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, iyulun 29-dan avqustun 10-dək hərbi aviasiya vasitələrinin iştirakı ilə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, bir nüçə gün əvvəl Rusiya ilə Ermənistanın birgə hərbi təlimlərə başlaması və digər hərbi əməkdaşlıq üzrə yeni addımlarına dair rəsmi xəbərlər yayılıb.

 

Gununsesi.org