İrəvan QARIŞDI: Aeroport yolunu bağladılar

  • By admin
  • 13 Dekabr 2020 21:48

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyasının iştirakçıları İrəvanda bir neçə dəqiqə ərzində “Zvartnos” aeroportu ərazisində dörd yolayrıcından birini bağlayıblar.

Gununsesi.info “Sputnik Armenia”ya istinadla xəbər verir ki, etirazçılar polisə onlara aksiyanın keçirilməsi üçün beş dəqiqə vaxt verməyi xahiş ediblər, onlar yolun bir hissəsini tərk ediblər, bundan sonra yolda hərəkət bərpa olunub. İştirakçılardan biri bildirib ki, etiraz aksiyaları Paşinyan və onun bütün komandasının istefasına qədər davam edəcək.

Yerevanda müxalifətin aksiyaları Paşinyanın Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalaması səbəbindən davam etdirilir.

Nazirlər Kabinetinin başçısının vəzifədən getməsini tələb edən müxalifət qüvvələri baş nazir vəzifəsinə ölkə hökumətinin keçmiş rəhbəri Vazgen Manukyanın namizədliyini irəli sürüb.

Gununsesi.info