Gununsesi.info xəbər verir ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrından aznews.az-a verilən məlumata görə, səfər Mədəniyyət və Turizm Nazirliyi ilə bölgələrdə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində reallaşıb.

Teatr bu səfərdə Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşası ilə Lənkəran şəhərində çıxış edib. Səfərin ikinci mərhələsi isə dekabr ayının 19-dan başlanacaq. 5 gün davam edəcək səfərdə kollektiv İmişli, Sabirabad, Samux, Goranboy, Balakən, Laçın, Bərdə və Lənkəran rayonlarında teatrsevərlər qarşısında çıxış edəcək.

Qeyd edək ki, layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Tamaşada Vaqif Kərimov, Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Niyaməddin Səfərəliyev və başqaları rol alıb.

Gununsesi.info