İrəvan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR

  • By admin
  • 26 Yanvar 2021 12:59
Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır.
Gununsesi.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir.
Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi İrəvan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib.
Bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini bildirmişdilər.

Gununsesi.org