İrəvanda aksiya: toqquşmalar yaşandı, həbslər var – VİDEO

  • By admin
  • 17 Aprel 2022 21:33

İrəvanın mərkəzində, Azadlıq meydanında Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, müxalif “Şərəf duyuram” blokunun deputatı Artur Vanetsyanın çağırışı ilə aksiya keçirilib.

Gununsesi.info xəbər verir ki, iştirakçıların oturaq aksiyaya və çadır qurmağa cəhd etməsi ilə toqquşmalar başlayıb. Polis onlara çadır qurmağa və avtomobil yollarını bağlamağa imkan verməyib.

Erməni mediası aksiya iştirakçılarının zorla çıxarıldığı, Vanetsyanın 5 tərəfdarının həbs edildiyini yazıb.

Qeyd edək ki, aksiya “Qarabağ naminə” keçirilirmiş.

Gununsesi.info